GƏNCƏ, 31 may. TELEQRAF
Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" markalı abtomobil idarə etmədən çıxaraq qəzaya düşüb. Qəza zamanı sürücü 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan 2005-ci il təvəllüdlü sərnişin Aişə Abdullazadə və daha bir nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.