BAKI, 30 may. TELEQRAF

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 20 neft tankeri və ticarət gəmisinin keçdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH-ın yaydığı yazılı açıqlamada bildirilib: "Son 24 saat ərzində Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında tankerlər, konteyner və digər kommersiya gəmiləri də daxil olmaqla 20 gəmi Hörmüz boğazından keçib. Hörmüz boğazında istənilən təcavüzə sarsıdıcı zərbələr endiriləcək".