BAKI, 30 may. TELEQRAF

Pentaqon İrana qarşı müharibə zamanı Yaxın Şərqdə zədələnmiş bəzi Amerika bazalarından qoşunların çıxarılması ehtimalını istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə görüşündə bildirib.

ABŞ-nin bölgədəki bəzi bazaların boşaldılmasına dair suala Heqsetin cavabı belə olub: "Bu qərarı Prezident Donald Tramp verəcək. Biz bölgədəki tərəfdaşlığımıza yüksək qiymət veririk. Bu qərarlar nəticəyə əsasən veriləcək. Qüvvələrimiz hazırda öz mövqelərindədir və lazım gələrsə, yenidən döyüşməyə hazırdır".