BAKI, 30 may. TELEQRAF
Ukrayna PUA ilə şənbə günü günortadan sonra Zaporojye AES-in 6-cı blokunun turbin zalına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.
Lixaçev açıqlamasında vurğulayıb ki, AES-ə endirilən zərbə partlayışa səbəb olub. Partlayış əsas avadanlıqlara zərər verməyib, lakin turbin divarında dəlik yaradıb.