BAKI, 30 may. TELEQRAF

7 oktyabr 2023-cü il tarixindən bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 72.938 nəfərə çatıb, 172.919 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, son 24 saatda 7 qurbanın cəsədi xəstəxanalara aparılıb.

Nazirlik qeyd edib ki, 11 oktyabrda atəşkəs qüvvəyə mindikdən bəri davam edən hücumlar nəticəsində 929 nəfər ölüb, 2811 nəfər yaralanıb.