BAKI, 29 may. TELEQRAF
"Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır və onları rədd etməyəcək".
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin qeyd edib ki, Rusiya həmişə Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çalışıb və bu gün də bunu istəyir:
"Döyüş meydanındakı vəziyyətə əsasən deyə bilərəm ki, münaqişənin həlli yaxınlaşıb. Qoşunlarımız hər gün bütün istiqamətlərdə irəliləyir. Bu da bizə deməyə əsas verir ki, münaqişənin həllinə yaxınıq.
Kreml rəhbəri əlavə edib ki, Rusiyanın öz ərazisindəki bazaları yerlə bir etmək istəyən hər kəsi yerlə bir etmək üçün vasitələri var: "Rusiyaya birbaşa hərbi təhdidin olduğu bütün yerlər qanuni hərbi hədəflərdir".