QAZAX, 12 iyul. TELEQRAF

Qazax rayonunda ot tayası yük avtomobili ilə birgə yanıb.

Teleqraf xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Məlumata görə, üzərində 100 kip ot bağlaması daşıyan "QAZ-53" markalı yük avtomobilində qəfildən yanğın baş verib. Qısa müddətdə böyüyən alov nəticəsində həm ot bağlamaları, həm də nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisənin başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.