BAKI, 20 may. TELEQRAF
Irəvan Avropa Siyasi Birliyinin (AİB) sammitində Ukrayna lideri Volodimir Zelenskiyə platforma verməklə, nasizmə qarşı vuruşmuş ermənilərin xatirəsini alçaltdı.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında bildirib.
"Rusiyanı təhdid etmək üçün Kiyev rejiminə Avropa Siyasi Birliyinin İrəvan sammitinin platformasını vermək. Bir düşünün: neonasist Kiyev rejiminin lideri İrəvandan Rusiyanı Qələbə Günü paradına hücum etməklə hədələdi. Bu, nasizmə qarşı mübarizə aparan 1,5 milyondan çox erməninin xatirəsinə istehza etməkdən başqa bir şey deyil. Müharibənin məşhur marşalları bu barədə nə deyərdilər?"
Qeyd edək ki, 4-5 may tarixlərində İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak edən Zelenski çıxışında Rusiyanı hədələyib.