BAKI, 13 iyul. TELEQRAF
Fransa "Rafale" qırıcı təyyarələrini Ukraynaya təhvil verəcək. Biz Ukraynada müasir raketlərin və hava bombalarının istehsalına icazə verəcəyik. İlk təyyarələr 2028-2029-cu illərdə Ukrayna səmasında görünməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "İstəklilər Koalisiyası"nın iclasından sonra verdiyi açıqlamada bildirib.
Fransa Prezidenti bu qərarların tərəflərin 17 noyabr 2025-ci ildə əldə etdiyi razılaşmaların davamı olduğunu vurğulayıb.
Makron əlavə edib ki, paketə əlavə radarlar və raketlərin təchizatı, eləcə də müasir silahların istehsalı üçün lisenziyaların ötürülməsi də daxildir.
“Əlavə radarlar, əlavə raketlər və lisenziyalaşdırma. Aster-30, SCALP, AASM bombaları üçün Ukraynaya lisenziya verəcəyik. Bütün bunlar Ukraynanın imkanlarını, cəbhədəki mövqeyini gücləndirəcək”, - deyə Fransa Prezidenti vurğulayıb.
Xatırladaq ki, 13 iyulda Parisdə Könüllülər Koalisiyasının iclası zamanı təsisçilərindən biri Ukrayna olan antiballistik koalisiya yaradılıb .
Koalisiya ilk növbədə raketdən müdafiə sistemlərini inkişaf etdirəcək.