BAKI, 18 may. TELEQRAF

Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən İturi vilayətində Ebola virusundan ölənlərin sayı 80 nəfəri keçib.

Teleqraf xəbər verir ki, bu barədə “Okapi” radiosu məlumat yayıb.

Məlumata görə, xəstəliyin əsas yayılma ocağı Buniya və Monqbvalu şəhərləri arasındakı ərazi hesab olunur.

Bildirilir ki, ölüm hallarının çox olmasının əsas səbəblərindən biri əhalinin təhlükə barədə kifayət qədər məlumatlı olmamasıdır.

Bir çox sakin və bölgəyə gələn şəxslər qoruyucu maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmir.

Qeyd edək ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusunu beynəlxalq səviyyədə fövqəladə və təhlükəli vəziyyət elan edib.