BAKI, 17 may. TELEQRAF
Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyət fonunda qlobal enerji böhranı yay mövsümü ərəfəsində yeni mərhələyə daxil olur.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq məqsədilə fövqəladə tədbirlər görməyə başlayıb.
Məqalədə qeyd olunur ki, şimal yarımkürəsində yay mövsümünün başlanması ilə kondisionerlərə tələbatın və turizm səfərlərinin artması xam neft, benzin, dizel yanacağı və aviasiya kerosininin tədarükünə əlavə yük yaradacaq.
Bildirilir ki, dünya üzrə enerji ehtiyatları artıq tarixdə görünməmiş sürətlə azalır.
“Aberdeen” investisiya şirkətinin baş iqtisadçısı Pol Diqql bildirib ki, hazırda onların komandası “Brent” markalı neftin qiymətinin bir barel üçün 180 dollara yüksəlməsi ssenarisini təhlil edir.