BAKI, 17 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp mayın 19-da Yaxın Şərqlə bağlı mümkün hərbi addımları müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Ağ Evin Situasiya otağında yüksəkvəzifəli milli təhlükəsizlik rəsmilərini bir araya gətirəcək.

“Tramp çərşənbə axşamı Ağ Evin Situasiya otağında milli təhlükəsizlik üzrə yüksək səviyyəli komandası ilə İran əleyhinə hərbi fəaliyyət variantlarını müzakirə etməyi planlaşdırır”, - deyə Ravid “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, daha əvvəl “Fars” agentliyi ABŞ-nin sülh nizamlanmasının davam etdirilməsi üçün İrana beş şərt irəli sürdüyünü bildirmişdi.