BAKI, 17 may. TELEQRAF
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Aydın Çavuşoğlu təxminən iki həftə əvvəl (12 gün öncə) öz iş otağında ağır xəsarətlərlə huşsuz vəziyyətdə aşkar edilmişdi. Hadisədən dərhal sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilə A.Çavuşoğlunun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün müalicə olunduğu klinikada vəfat edib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, Aydın Çavuşoğlunun cənazəsi mayın 18-də saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığında torpağa tapşırılacaq.