BAKI, 17 may. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Netanyahu bildirib ki, mayın 17-də reallaşacaq söhbət zamanı həmkarının Çinə etdiyi rəsmi səfərin təəssüratlarını dinləmək niyyətindədir.

Baş nazir, həmçinin regiondakı təhlükəsizlik məsələlərinə, xüsusilə İran faktoruna toxunub. O vurğulayıb ki, İsrail dövləti regional təhdidləri nəzarətdə saxlayır:

"Biz İranı diqqətlə izləyirik. Əlbəttə ki, variantlar çoxdur və biz istənilən ssenariyə tam hazırıq", - deyə Netanyahu əlavə edib.