BAKI, 17 may. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsindən könüllü şəkildə ayrılmağa hazırlaşdığı iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinin köşə yazarı Den Hodjes hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Starmer yaxın dostlarına baş nazir postunu tərk etmək niyyətində olduğunu bildirib.

“Kir Starmer yaxın dostlarına baş nazir vəzifəsindən getmək istədiyini deyib”, - nəşr yazıb.

Nazirlər kabinetinin adı açıqlanmayan üzvü isə Starmerin mövcud siyasi vəziyyəti başa düşdüyünü, lakin postunu “ləyaqətlə” tərk etmək istədiyini qeyd edib.

İstefanın nə vaxt açıqlanacağı hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl “The Telegraph” qəzeti də Kir Starmerin istefa verərək postunu Mançester meri Endi Börnhema verə biləcəyi barədə məlumat yayıb.