BAKI, 17 may. TELEQRAF
İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2 969 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah” hərəkatının dayaq məntəqələri hesab olunan yaşayış məntəqələrinə endirdiyi zərbələr zamanı azı 18 nəfər ölüb, 124 nəfər yaralanıb.
Məlumata görə, martın 2-dən başlayan hərbi eskalasiya dövründə yaralananların sayı isə 9 112 nəfərə çatıb.
Livan Səhiyyə Nazirliyi qeyd edib ki, İsrailə məxsus təyyarə və pilotsuz uçuş aparatları ölkənin cənubundakı Nəbatiyyə və Sayda vilayətlərində quru hədəflərinə zərbələri davam etdirir.
Qurum ölən və yaralananların sayının artacağını istisna etməyib.