BAKI, 11 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun təklifinə cavab verməsindən sonra İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
İlkin mənbəyə görə, iki lider arasında aparılan danışığın məzmunu açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı Pakistan tərəfinin İranın ABŞ-nin münaqişənin nizamlanması ilə bağlı təklifinə cavabını Vaşinqtona çatdırdığını bildirmişdi.