BAKI, 10 may. TELEQRAF
Ağ Ev administrasiyası Hörmüz boğazının açılmasından sonra neft qiymətlərinin sürətlə aşağı düşəcəyini və bunun ABŞ-də keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl baş verəcəyini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı açıldıqdan sonra Fars körfəzindən dünya bazarına fasiləsiz neft axını təmin olunacaq.
“Boğaz açılan kimi körfəzdən neft tükənməz axınla gələcək. Ümumilikdə gözləyirik ki, neft qiymətləri kifayət qədər sürətlə aşağı düşəcək və bu, şübhəsiz ki, seçkilərdən əvvəl baş verəcək”, - deyə Hassett vurğulayıb.
Qeyd edək ki, ABŞ-də aralıq Konqres seçkilərinin 2026-cı ilin noyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.