BAKI, 10 may. TELEQRAF
ABŞ Energetika naziri Kris Rayt İranın Vaşinqtonun sülh yolu ilə nizamlanma təklifinə hələ dəqiq cavab vermədiyini bildirib.
Teleqraf xəbər verir ki, Kris Rayt bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.
“Düşünmürəm ki, biz artıq İrandan aydın cavab eşitmişik”, - deyə amerikalı nazir vurğulayıb.
Onun sözlərinə görə, İranla aparılan danışıqlar ləng şəkildə irəliləyir.
Rayt həmçinin qeyd edib ki, Tehranla mümkün aralıq razılaşma İranın nüvə proqramı ilə bağlı bütün məsələləri əhatə etməyə bilər.
ABŞ Energetika Nazirliyinin rəhbəri əlavə edib ki, Vaşinqton üçün İranın nüvə proqramı məsələsi Hörmüz boğazının açılmasından daha prioritet mövzu hesab olunur.