BAKI, 10 may. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hörmüz boğazında hərbi gəmilər yerləşdirməyi planlaşdırmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Makron bu barədə Keniyaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Fransa lideri qeyd edib ki, bir neçə gün əvvəl “Şarl de Qoll” aviadaşıyıcısının və Fransa aviadaşıyıcı qrupunun digər elementlərinin Bab əl-Məndəb boğazı yaxınlığına göndərilməsi barədə qərar qəbul edib.
“Fransa və ya Fransa-Britaniya birgə yerləşdirilməsi məsələsi heç vaxt gündəmdə olmayıb. Belə bir yerləşdirmədən söhbət getməyib, lakin biz hazırlıq vəziyyətindəyik”, - deyə Makron vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qarib-Abadi Britaniya və Fransa gəmilərinin Hörmüz boğazında görünməsinin İran ordusunun dərhal və sərt reaksiyasına səbəb olacağını bildirmişdi.