BAKI, 8 may. TELEQRAF
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailə mənzil başına çatıb.
Çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.
Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.jpg)
.jpg)
***
12:40
Bu gün Bakıdan Ağdama yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə şəhərə 156 nəfərdən ibarət 41 ailə köçürülüb.
Daha sonra mənzillərin açarları ailələrə təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.jpg)
.jpg)
***
06:34
Bu gün Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.
.jpg)
"O hissi həyatım boyu unutmayacağam"
Bu gün Ağdama ailəsi ilə yola düşən keçmiş məcburi köçkün Namiq Cabbarov Teleqraf-la təəssüratlarını bölüşüb:
"Mən və ailəm artıq bu gündən Ağdamda yaşayacağıq. Hamımız çox sevinirik. Bu xoşbəxtliyi sözlə ifadə etmək çox çətindir.
İlk dəfə tur vasitəsi ilə gedib Ağdamı görəndə hiss etdiyim duyğunu həyatım boyu unutmayacağam.
Doğulub böyüdüyüm evimi, oxuduğum məktəbimi, dostlarımla oynadığım həyətimizi, küçəmizi- bir sözlə hər şeyi xatırladım, gözlərim doldu.
Bu gözəl hissi bizə bəxş edən Prezidentimiz İlham Əliyevə, qazilərimizə təşəkkür edir, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - o əlavə edib.
.jpg)
.jpg)
.jpg)