BAKI, 8 may. TELEQRAF

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 101.16 dollara bərabər olub.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1.10% artıb.

WTI xam neftinin fyuçerslərinin qiyməti isə 0.99% artaraq barel üçün 95.74 dollara bərabər olub.