BAKI, 7 may. TELEQRAF

BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnamə layihəsində İrana qarşı sanksiyalar nəzərdə tutulmayıb.

Teleqraf xəbər verir ki, Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yeni qətnamə layihəsində İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı müddəalar yoxdur. Lakin sənəddə Təhlükəsizlik Şurasının gələcəkdə məhdudiyyətlər tətbiq edə biləcəyi göstəriləcək. Bu barədə BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əbu Şahab ​​bildirib.