BAKI, 5 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Emmanuel Makron İrəvanda mətbuat konfransı zamanı deyib.

"Mən İran prezidenti ilə danışmaq niyyətindəyəm. Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı mövqeyimiz dəyişməyib. Fransa döyüş əməliyyatlarının dayandırılmasına, diplomatik danışıqların başlanmasına çağırır. Boğaz bütün gəmilərin keçidi üçün hər hansı bir rüsum olmadan açılmalıdır. İstənilən eskalasiya və ya tankerlərə, konteyner gəmilərinə, eləcə də üçüncü ölkələrə endirilən birtərəfli zərbə müharibəni alovlandıran bir səhvdir", - o deyib.