BAKI, 28 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın rəsmi şəkildə ölkədəki böhranla bağlı məlumat verdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.
"İran indicə bizə çöküş vəziyyətində olduqlarını bildirdi. Rəhbərliklə bağlı vəziyyəti aydınlaşdırmağa çalışdıqları müddətdə (bunu bacaracaqlarına inanıram!) bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!", - D.Tramp yazıb.