BAKI, 26 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ tərəfindən dəniz blokadasının gücləndirilməsi Tehranın Vaşinqtona olan etimadını azaldır və danışıqlar prosesinə mane olur.

Teleqraf xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri Şahbaz Şəriflə söhbəti zamanı danışıb.

Pezeşkianın sözlərinə görə, İrana qarşı məhdudlaşdırıcı tədbirlərin artırılması diplomatik proses üçün ciddi maneə yaradır.

“İrana qarşı məhdudiyyətlərin gücləndirilməsi diplomatik proses yolunda ciddi əngəldir, çünki bu cür addımlar danışıqlar üçün zəruri olan etimad mühitini sarsıdır”, – deyə o qeyd edib.

İran prezidenti həmçinin bildirib ki, mövcud danışıqlar pərdəarxasında respublikaya qarşı yeni hücumun hazırlandığı bir örtük rolunu oynaya bilər. Onun fikrincə, məsləhətləşmələr yalnız ABŞ təhdid və təzyiq əvəzinə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dialoq qurarsa uğurlu ola bilər.