BAKI, 18 aprel. TELEQRAF
İran Silahlı Qüvvələri ABŞ-nin blokadasından sonra Hörmüz boğazına nəzarətin bərpa olunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti bildirib.
"Mehr" agentliyinin məlumatına görə, Hörmüz boğazında vəziyyət əvvəlki rejimə qayıdıb və bu strateji əhəmiyyətli su yolunun silahlı qüvvələrin ciddi nəzarəti altında olduğu qeyd edilib.
Qərargahdan həmçinin bildirilib ki, ABŞ İran gəmilərinin keçidinə maneə yaratmağı dayandırana qədər Hörmüz boğazında vəziyyət ciddi nəzarət altında olacaq.