Livan Prezidenti Cozef Aun Prezident Donald Trampla telefon danışığı zamanı İsrail ilə atəşkəs əldə etmək səylərinə görə ona təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunur.
"Prezident Tramp Livan Prezidenti Aunu yaxınlaşan atəşkəs barədə məlumatlandırıb. Cənab Tramp Livan və onun rəhbərliyinə dəstəyini ifadə edib" - məlumatda qeyd olunur.
Öz növbəsində, Aun qeyd edib ki, atəşkəs sülh prosesinin başlanğıcıdır.