BAKI, 16 aprel. TELEQRAF
İspaniyanın müdafiə şirkəti UAV Navigation–Grupo Oesía pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə sistemlərinin sınağı və təkmilləşdirilməsi üçün Ukraynadakı münaqişədən istifadə etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin sosial şəbəkələrdə paylaşımları və nümayəndələrinin müsahibələri məlumat verir. Bildirilir ki, müəssisə Ukraynadakı müharibədən praktiki təcrübə əldə etmək məqsədilə yararlanır.
Məlumata görə, şirkətin saytında daha əvvəl Ukraynada İspaniya proqram təminatı ilə işləyən FOG USV adlı dəniz pilotsuz aparatının tətbiqi barədə də məlumat yerləşdirilib.
Şirkətin mühəndisləri qeyd ediblər ki, radioelektron mübarizə vasitələrinin yaratdığı artan təhdidlər uyğun və dayanıqlı platformaların hazırlanmasını zəruri edir.