ZƏNGİLAN, 16 aprel. TELEQRAF
Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin formalaşdırılması üçün mühüm element hesab olunan Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılmasında maraqlıdır.
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu layihə İran limanlarını Rusiyanın Baltik dənizindəki limanları ilə birləşdirəcək:
“Layihə üzrə torpaq sahələrinin böyük hissəsi artıq alınıb və müvafiq geodeziya işləri görülüb. Şərait imkan verən kimi tikinti işləri yenidən bərpa olunacaq”.