BAKI, 16 aprel. TELEQRAF
İranın Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının qərargah rəisi general-leytenant Əli Əbdüllahi pakistanlı həmkarı Asim Munirlə görüşüb və ona münaqişə zamanı göstərdiyi dəstəyə görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə IRIB xəbər agentliyi məlumat yayıb.
Abdullahi ABŞ və İsrailin təcavüzünün "xalqın müqaviməti və İran Silahlı Qüvvələrinin müdafiə qabiliyyəti ilə bağlı səhv hesablamadan qaynaqlandığına" əminliyini ifadə edib. O, İslam Respublikasının silahlı qüvvələrinin yeni bir hücum halında "hərtərəfli müdafiəyə" hazır olduğunu vurğulayıb.