BAKI, 16 aprel. TELEQRAF
Ağbənd körpüsünün tikintisi tam hazırdır, sərhəd-keçid məntəqəsinin hazırlıq dərəcəsi isə yüksəkdir.
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, tikinti qısa müddətdə başa çatacaq:
"Göründüyü kimi, İran tərəfi də öz işlərini görür, yolları bərpa edərək genişləndirirlər və sərhəd-keçid məntəqəsini müvafiq şəkildə hazırlayırlar. Hər iki tərəfdə işlər yekunlaşdıqdan sonra bu yol Fars körfəzi ilə Qara dəniz bağlantısı üçün ən səmərəli marşrut olacaq".
Baş nazirin müavini vurğulayıb ki, hesablamalar da bu yolun üstünlüyünü təsdiq edir:
"Regiondakı gərgin vəziyyət bir daha sübut etdi ki, Azərbaycandan keçən yollar həm etibarlı, həm yüksək səviyyəli həm də keyfiyyətlidir”.