BAKI, 16 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Amerika limanlarına girişinə qoyulan qadağanı bir il müddətinə uzadıb.
Teleqraf xəbər verir ki, müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilib.
"Rusiya hökumətinin siyasəti və hərəkətləri ABŞ-nin digər ölkələrlə münasibətlərini pozmaqla fövqəladə vəziyyət yaradır. Buna görə də, yuxarıda qeyd olunan qadağanın əlavə bir il müddətinə uzadılması qərarı verilib. Bu məhdudiyyətlər ABŞ administrasiyası tərəfindən 2022-ci ilin aprel ayında tətbiq edilib" - məlumatda qeyd olunur.
Bu sanksiyaların tətbiqi qərarı ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən verilib.