BAKI, 16 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İsrail və Livan liderlərinin aprelin 16-da danışıqlar keçirəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, tərəflər arasında liderlər səviyyəsində sonuncu təmasdan 34 il keçir.
“İki ölkənin liderlərinin sonuncu dəfə danışmasından uzun vaxt keçib. Dəqiq desək, 34 il. Bu, sabah baş verəcək. Əla”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, daha əvvəl İsrail və Livan arasında birbaşa ikitərəfli danışıqlara başlanması ilə bağlı razılıq əldə olunduğu bildirilmişdi.