BAKI, 16 aprel. TELEQRAF

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəb hücumları ilə bağlı aparılan araşdırmalar çərçivəsində 83 nəfər saxlanılıb.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, 940 sosial media hesabına giriş bloklanıb, 93 Teleqram qrupu isə bağlanıb.

Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, cinayəti və cinayətkarları tərifləyən, ictimai asayişi pozmağa yönəlik paylaşımlar edən şəxslər müəyyən edilərək barələrində məhkəmə prosesi başlanıb.

Qeyd olunub ki, Şanlıurfa və Kahramanmaraşda baş verən silahlı insidentlərlə əlaqədar araşdırmalar davam edir və şübhəlilərlə bağlı hüquqi proseslər çoxşaxəli şəkildə aparılır.