BAKI, 16 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İranla davam edən hərbi qarşıdurmanı mümkün qədər tez başa çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə əsaslanaraq məlumat yayıb. Bildirilir ki, Tramp bu fikirləri Ağ Evdə Niderland kral ailəsi ilə şam yeməyi zamanı səsləndirib.

Məlumata görə, ABŞ lideri Yaxın Şərqdəki münaqişənin qısa müddətdə nizamlanacağına ümid edir. Onun fikrincə, Tehranın danışıqlar masasına qayıtmasının yeganə yolu təzyiqin artırılmasıdır.

Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında danışıqların yaxın günlərdə İslamabadda keçirilməsinin mümkün olduğu bildirilmişdi.