BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların olduqca intensiv olduğunu desə də, onların nəticəsi barədə hələlik konkret fikir bildirməkdən çəkinib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında keçirilən danışıqlar kifayət qədər gərgin və məlumat baxımından zəngindir. Tramp qeyd edib ki, görüşlər saatlarla davam edir və proses barədə ona mütəmadi olaraq məlumat verilir.

“Biz İranla çox intensiv danışıqlar aparırıq. Görüş artıq uzun saatlardır davam edir. Ola bilsin razılaşma əldə olunsun, ola da bilər ki, yox”, - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, nəticədən asılı olmayaraq ABŞ-nin mövqeyi güclüdür.

“Nə baş verməsindən asılı olmayaraq biz qalib gəlirik. Razılaşma əldə olunub-olunmaması mənim üçün o qədər də vacib deyil”, - Tramp deyib.