BAKI, 9 aprel. TELEQRAF
İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs öhdəliyinə əməl etməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə jurnalistlərə bildirib.
"Biz inanırıq ki, boğaz açılacaq. Prezident Tramp atəşkəsə, danışıqlara razı olduğumuzu açıq şəkildə bildirib. Biz buna hazırıq və onlar da öz növbəsində boğazı açmalıdırlar. Əgər bu baş verməsə, biz də razılaşmaya əməl etməyəcəyik", - deyə Vens söyləyib.