BAKI, 30 mart. TELEQRAF

"ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin sona çatması ilə bağlı hər hansı bir qərar İran xalqının təhlükəsizliyi və maraqlarının təmin edilməsindən asılıdır".

Teleqraf IRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O müxtəlif şəhərlərdə, xüsusən də axşamlar keçirilən nümayişlərin əhəmiyyətinə toxunaraq "xalqın axşamlar toplaşması çox dəyərlidir"- deyə bildirib.