BAKI, 30 mart. TELEQRAF
Milli Müdafiə Nazirliyi Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama yayıb.
Teleqraf "TRT haber"ə istinadla xəbər verir ki, bəyanatda İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyi bildirilir.
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən zəruri tədbirlər görülür. Regiondakı bütün hadisələr milli təhlükəsizliyimizə üstünlük verərək diqqətlə izlənilir", - bəyanatda qeyd olunub.