BAKI, 30 mart. TELEQRAF
Martın 2-sindən indiyədək İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1238-ə çatıb, 3543 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, rəqəmləri Livan Səhiyyə Nazirliyi açıqlayıb.
Həlak olanlardan 124-nün uşaq, 87-nin isə qadın olduğu bildirilib.
Bəyanatda həmçinin İsrailin hücumlarında 52 səhiyyə işçisinin öldüyü, 127-nin isə yaralandığı qeyd edilib.