BAKI, 29 mart. TELEQRAF

Livanda mina partlaması nəticəsində Polşa sülhməramlısı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat verib.

Onun sözlərinə görə, Livanda BMT-nin Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən Polşa əsgəri Yaxın Şərq ölkəsinin cənubunda mina partlaması nəticəsində yaralanıb.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, Livandakı Polşa kontingentində təxminən 200 əsgər var.