BAKI, 27 mart. TELEQRAF
Rusiya hakimiyyəti aprelin 1-dən etibarən bütün bazar iştirakçıları üçün benzin ixracına qadağa qoyacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Bildirilir ki, bu qərar Baş nazirin müavini Aleksandr Novakla neft şirkətləri və müvafiq qurumların nümayəndələri arasında keçirilən görüşdən sonra qəbul edilib. Neft emalı zavodlarına qoyulan embarqo bu ilin yanvar ayının sonunda erkən mərhələdə aradan qaldırılıb.
Qeyd edək ki, martın 26-da Baş nazirin müavini Aleksandr Novak Rusiya hökumətinin qadağanın bərpasını neft şirkətləri rəhbərləri ilə müzakirə edəcəyini açıqlayıb.