BAKI, 25 mart. TELEQRAF

Suriya aviasiya hakimiyyəti ölkənin hava məkanında mövcud uçuş məhdudiyyətlərini daha iki gün uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, o vaxta qədər yalnız Hələb hava limanı sərnişin uçuşları üçün açıqdır. Hələbə və Hələbdən uçuşlar üçün üç uçuş dəhlizi ayrılıb: ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizinə.

Suriya hava məkanına məhdudiyyətlər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar olaraq 28 fevralda tətbiq edilib.