BAKI, 23 mart. TELEQRAF

Təkcə neft və təbii qaz deyil, qlobal iqtisadiyyatın bəzi həyati əhəmiyyətli arteriyalarının, məsələn, neft-kimya, gübrələr, kükürd və heliumun da ticarəti pozulub. Bu isə qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol İran müharibəsinin nəticələrindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə bu böhran iki neft və təbii qaz böhranının birləşməsidir:

"Qlobal iqtisadiyyat bu gün çox ciddi bir təhlükə ilə üzləşir və mən çox ümid edirəm ki, bu problem mümkün qədər tez həll olunacaq. Əgər bu böhran bu istiqamətdə davam edərsə, heç bir ölkə onun təsirlərindən sığortalanmayacaq. Buna görə də, həll yolu tapmaq üçün qlobal səylər göstərilməlidir".