BAKI, 23 mart. TELEQRAF
İranın şimal-şərqində təhlükəsizlik əməliyyatı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Şimali Xorasan vilayətində İsrailin maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
Vilayət polisinin rəhbəri bildirib ki, kəşfiyyat məlumatlarının diqqətlə təhlili və texniki tədbirlər nəticəsində ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və “düşmən şəbəkələri” ilə əlaqəli şəxslər müəyyən edilərək həbs olunub.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunduğu iddia edilən beynəlxalq şəbəkənin agentlərinə qarşı ciddi zərbə endirib.
Eyni zamanda qeyd olunub ki, vilayətin inzibati mərkəzi olan Bocnurd şəhərində bu istiqamətdə əməliyyatlar davam etdirilir.