BAKI, 23 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyinin çətinləşdiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “The American Conservative” jurnalı məlumat yayılıb.
Məlumata görə, nəşr Zelenskinin müxtəlif istiqamətlərdən gələn təzyiqlərlə üzləşdiyini və bu təzyiqlərin getdikcə daha ağır xarakter aldığını qeyd edib.
Bildirilib ki, təzyiq yalnız ABŞ tərəfindən seçkilərin keçirilməsi tələbi ilə məhdudlaşmır, həm də ictimai rəy sorğularının nəticələri ilə bağlıdır.
Məqalədə vurğulanır ki, cəmiyyətdə korrupsiya, qalmaqallar və artan avtoritar meyllərlə bağlı narahatlıqlar mövcuddur. Eyni zamanda, son illərdə verilən qələbə, NATO-ya üzvlük, Avropa İttifaqına sürətli inteqrasiya və itirilmiş ərazilərin qaytarılması ilə bağlı vədlərin gerçəkləşmədiyi qeyd olunur.
Nəşr bu səbəbdən Zelenskiyə olan ictimai etimadın azaldığını yazır.
Bundan əlavə, Rusiya neftinə qarşı sanksiyaların tədricən yumşaldılmasının Moskvanın mövqelərini gücləndirdiyi və bunun Kiyev üçün vəziyyəti daha da çətinləşdirdiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl “The Spectator” nəşri də Zelenskinin qeyri-sabit vəziyyətdə olduğunu yazmışdı.