BAKI, 22 mart. TELEQRAF
İran Kəşfiyyat Nazirliyi ölkənin mərkəzi-qərbindəki Mərkəzi əyalətində 23 nəfərin həbs olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran mediasının məlumatına görə, saxlanılanlar İsraillə əlaqəli olduğu iddia edilən beynəlxalq media platformasına hərbi obyektlərin koordinatlarını göndərib, küçə iğtişaşlarını qızışdırmaqla məşğul olublar.
Nazirlik həmçinin bildirib ki, şimal-şərqdəki Gülüstan əyalətində polis məntəqələrinə hücum planlaşdırmaqda şübhəli bilinən iki nəfər həbs olunub.
"Xaricdə İsrail casusları kimi fəaliyyət göstərən 15 iranlının cinayətkar fəaliyyətləri qeydə alıb. Bu məlumatlar məhkəmə orqanlarına ötürülüb" - məlumatda qeyd olunur.