BAKI, 22 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Əyal Zamir Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

"İsrail ölkənin şimalında sakinlərin uzunmüddətli təhlükəsizliyini təmin edənə qədər hərbi əməliyyatları davam etdirəcək" - məlumatda qeyd olunur.