BAKI, 23 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazası və ABŞ-nin Bəhreyndəki 5-ci Donanmasına məxsus bazaya raket və dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mərkəzi qərargahı “Xatəm ül-Ənbiya” məlumat yayıb.
Qurum iddia edib ki, ABŞ-nin kəşfiyyat təyyarələrinin yerləşdiyi Şahza Sultan aviabazası ballistik raketlərlə hədəfə alınıb.